BolgeXeber.Com » Xəbərlər » “Alov qüllələri” də sürüşür?-Rəsmi açıqlama

“Alov qüllələri” də sürüşür?-Rəsmi açıqlama

31-01-2018, 14:24
Oxunub: 6 369 “Alov qüllələri” də sürüşür?-Rəsmi açıqlamaEkologiya Nazirliyindən rəsmi açıqlama

"Bakının mərkəzindəki "Alov qüllələri” binalar kompleksi yerləşən ərazidə sürüşmə gözlənilmir, həmin ərazidə vəziyyət stabildir”.
Bolgexeber.com-un "report"a istinadla verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, "Alov qüllələri” binalar kompleksi Bayıl yamacındakı sürüşmə sahəsindən kənardadır: "Kompleksdəki binaların tikintisi zamanı çox dərin qatlara müvafiq daşlardan laylar vurulub. Yəni binalar xüsusi layihə ilə tikilib. "Hər an hansısa təhlükə ola bilər” deyə bir şey yoxdur. Hazırda orada stabil vəziyyətdir, heç bir dəyişiklik yoxdur”.

Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmə aktivləşib. Sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib. Sürüşmə zonasından 80 ailə, yəni 390 nəfər çıxarılıb. Onlara bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.

"Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ərazidə sürüşmə bu ilin əvəllərindən daha da aktivləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.

Ərazidəki bütün istinad divarı boyunca 15-20 santimetr ölçüsündə çatlar əmələ gəlib. Torpaq qatında elə yer var ki, çatların eni 1 metrə, dərinliyi 6-7 metrə çatır.