BolgeXeber.Com » Xəbərlər » “Kişi özünə gözəllik verməz” – Rəmiş – VİDEO

“Kişi özünə gözəllik verməz” – Rəmiş – VİDEO

2-02-2018, 16:25
Oxunub: 3 088 “Kişi özünə gözəllik verməz” – Rəmiş – VİDEO"Qara saçla ağsaqqal olmur”

ARB TV-nin "Səhər-səhər” prqramının növbəti qonağı məşhur gitara ifaçısı, Xalq artisti Rəmiş (Rafiq Hüseynov) olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, kişilərin özlərinə baxmaqlarını düzgün qiymətləndirməyib:

"Hər insanın yaş tərzi keçdikcə, onun müdrikləşməsi var. Ona ağsaqqal deyirlər. Qara saçla ağsaqqal deməkləri düzgün gəlmir. Onlara canım qurban, qoy etsinlər. Amma kişi niyə özünə gözəllik etsin ki? Aparıcılara olar, amma mənə olmaz, Arif Babayevə olmaz. Hər insanın öz seçimi var, dünya görünüşü var. Amma mən onları da dəstəkləyirəm”.