BolgeXeber.Com » Xəbərlər » İtkin düşən alpinistləri xüsusi avadanlıqla axtaracaqlar

İtkin düşən alpinistləri xüsusi avadanlıqla axtaracaqlar

3-02-2018, 09:38
Oxunub: 2 170 İtkin düşən alpinistləri xüsusi avadanlıqla axtaracaqlarİtkin düşən alpinistlərin axtarışı üçün Azərbaycana xüsusi avadanlıq gətirilib

Bu haqda redaksiyamızı bilgiləndirən mənbə deyib ki, İsveçrədə istehsal olunan avadanlıq dağlıq ərazilərdəki üstü qarla örtülmüş yarğanlarda mobil telefon cihazlarında quraşdırılan sim kartları müəyyən etmək gücündədir. Avadanlıq mobil telefonun işlək vəziyyətdə olub-olmamasından asılı olmayaraq dərin yarğanlara düşən sim kartları müəyyən edə bilir.

Yəni avadanlıq axtarılan alpinistlərin üzərindəki mobil telefonları aşkar edə biləcək. Həmin avadanlıq orta ölçülü kitab şəkilindədir və vertalyota quraşdırılmaqla axtarış aparılmasına imkan verir. Yada salaq ki, ötən il dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar “Gilavar” - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir. Onlarla əlaqə kəsiləndən sonra alpinistlərin axtarışına başlanıb və hələ ki, müsbət nəticə yoxdur. Hazırda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi axtarışlara cəlb olunub. Fövqəladə Hallar Nazirliyi, axtarışın mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını və hava şəraitini nəzərə alaraq, axtarışa hazırlığı və təcrübəsi olmayan şəxslərin qoşulmasını təhlükəli hesab edib. Tufandağda itkin düşən alpinistlərin axtarışına 10 könüllü də qoşulub. Fövqəladə Hallar Nazirliyi Tufandağda itkin düşənlərin axtarışına hazırlığı və təcrübəsi olmayan şəxslərin qoşulmasını təhlükəli sayır. Qurumun yaratdığı Əməliyyat Qərargahı itkin düşən gənclərin axtarışının mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını açıqlayıb. Tufandağda itkin düşənlərdən biri, Babur Hüseynov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.“Yeni Müsavat”