BolgeXeber.Com » Xəbərlər » Polis Lənkəranda əməliyyat keçirdi - Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Polis Lənkəranda əməliyyat keçirdi - Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
5-02-2018, 13:26
Oxunub: 2 878
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat daxil olub.
Belə ki, narkotik satışında şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Qumbaşı kənd sakini, əvvəllər məhkum olunmuş Sübhan Əliyev olduğu məlum olub. Baxış zamanı üzərindən 1,5 qr tiryək aşkar edilib.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan əlavə 1 kiloqram 945 qram marixuana, 4,1 qram heroin, 92,84 qram tiryək, həmçinin müvafiq sənədləri olmayan lüləsi kəsilmiş 1 ədəd “TOZ-25”, 1 ədəd xaricdə istehsal edilmiş ov tüfəngləri, 6 ədəd patron, 3 ədəd xəncər, 1 ədəd balta və 1 ədəd maska aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində saxlanılan Qumbaşı kənd sakini Yalçın Dadaşovun üzərinə baxış zamanı tiryək aşkar edilib. Polis əməkdaşları tərəfindən onun evinə baxış zamanı isə əlavə olaraq 114,54 qram tiryək, 5,571 qram heroin, “Metamfetamin” və xəncər aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər