BolgeXeber.Com » Xəbərlər » Xızıda yol tikintisinə 2 milyon manat ayrılıb

Xızıda yol tikintisinə 2 milyon manat ayrılıb

6-02-2018, 19:43
Oxunub: 1 747 Xızıda yol tikintisinə 2 milyon manat ayrılıbPrezident İlham Əliyev Xızı rayonunun Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Bolgexeber.com-un məlumatına görə, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.