BolgeXeber.Com » Xəbərlər » İmişlidə hesabat yığıncağı keçirilib-FOTO

İmişlidə hesabat yığıncağı keçirilib-FOTO

7-02-2018, 18:06
Oxunub: 3 215 İmişlidə hesabat yığıncağı keçirilib-FOTOİmişli rаyоnunda 2017-ci ilin 12 ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 yanvar 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasını keçirmişdir. 2017-ci il ərzində nəticələrindən danışarkən cənab Prezident qeyd etmişdir ki, keçən dövr ərzində Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, beynəlxalq mövqelərimiz möhkəmlənib, iqtisadi inkişaf təmin edilərək bütün sosial məsələlər öz həllini tapmışdır.
Ölkədə sənaye istehsalı və kənd təsərrüfatı əsas prioritet istiqamətlərdən olmuşdur. Hər iki istiqamət üzrə yaxşı nəticələr əldə olunmuşdur. Belə ki, qeyri-neft sənayesi 2,5 faiz, kənd təsərrüfatı 4,1 faiz artmışdır. Qeyd edilənlər onu göstərir ki, görülən işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini vermişdir.
2017-ci ildə İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 496.521.500 mаnаtlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Məhsul istehsalının 232.118.300 manatı və ya 46,7 faizi sənaye, 116.077.200 manatı və ya 23,4 faizi kənd təsərrüfаtı, 66.137.100 mаnаtı və ya 13,3 faizi tikinti, 72.269.000 mаnаtı və 14,6 faizi ticаrət və iаşə, 9.387.400 mаnаtı və ya 1,9 faizi nəqliyyat, 532.500 mаnаtı və ya 0,1 faizi rаbitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.
İnvestisiya qoyuluşu
2017-ci ilin 12 ayında iqtisadiyyatın əsas sahələrinin inkişafına 87.565.700 manat investisiya qoyulmuşdur. Qoyulmuş investisiya vəsaitinin 30.854.000 manatı sənaye sahəsinə, 38.313.100 manatı kənd təsərrüfatının inkişafına, 16.815.900 manatı enerji və su təchizatının yaxşılaşdırılmasına, 3.402.300 manatı ticarət və xidmətə, 6.304.000 manatı yaşayış evlərinin tikintisinə, qalan vəsaitlər isə ticarət, nəqliyyat, rabitə, tikinti və digər sahələrə sərf edilmişdir. İmişli rayonunda iqtisadiyyatın əsas sahələrinə investisiyaların qoyulması ilə bağlı xarici və daxili investorların cəlb edilməsi istiqamətində mühüm işlər görülmüşdür. 2017-ci ildə Rayon İcra Hakimiyyətinin köməkliyi ilə özəl sektorun və sahibkarlığın inkişafı məqsədi ilə sahibkarlar tərəfindən iqitsadiyyatın müxtəlif sahələrinə 41 milyona yaxın investisiya qoyulmuşdur. İnvestisiyanın 11 milyon manatı İmişli Şəkər Zavodunda gündəlik şəkər istehsalının artırılmasına, 5 milyon manatı qum-çınqıl çıxarılmasına, 10 milyon manatı iri heyvandarlıq təsərrüfatının yaradılmasına, 2 milyon manatı müasir istixana kompleksinin quraşdırılmasına digər vəsaitlər isə iqtisadiyyatın müxtəlif sahələrinə qoyulmuşdur.
Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatorunun dəvəti ilə 2017-ci ilin may ayında Rusiya Federasiyasında, dekabr ayında isə İmişli rayonunda İmişli rayon İcra Hakimiyyətinin başçısı və nümayəndə heyəti kiçik və orta sahibkarlığın inkişafına dair Arxangelsk şəhərində keçirilən forumda iştirak etmişdir. Nümayəndə heyətinin tədbirdə iştirakının əsas məqsədi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının regionları arasında sosial-iqtisadi, humanitar, ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin hər iki tərəfin kiçik və orta sahibkarlıq subyektlərinin regionlara investisiya qoyulmasına cəlb edilməsi olmuşdur.

Sənаyе məhsullаrının istеhsаlı üzrə:
Rayonumuz əsasən aqrar rayonu olmasına baxmayaraq bu gün sənaye məhsullarının çəkisi ümumi məhsul buraxılışında üstünlük təşkil edir. Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüşdür. Belə ki “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC, İmişli Brolyer və “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodları fəaliyyət göstərir.
2017-ci ilin 12 ayında ilkin məlumatlara əsasən 232.118.300 manatlıq sənaye məhsulu istehsal edilmişdir. İstehsal olunan sənaye məhsullarının 94,6 faizi qeyri-dövlət sektorunun payına düşür.
Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə:
İmişli rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı da, xüsusi yer tutur. Ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonumuzda kənd təsərrüfatı inkişaf etmişdir. Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Məlumat üçün bildirirəm ki, İmişli rayonunda 15641 ha torpaq sahəsində pambıq əkini işləri aparılmış və 14654 kq xam pambıq tədarük edilmişdir.
2017-ci ilin 12 ayında heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 94.769 baş, qoyunların sayı 251062 baş, quşların sayı isə 1153474 başa çatdırılmışdır. Ət istehsalı (diri çəkidə) 14078,4 ton, süd istehsalı 49630,3 ton, yumurta istehsalı isə 39273 min ədəd olmuşdur. 2017-ci ilin 12 ayı ərzində 11482 hektar sahədə buğda, 4838 hektar sahədə arpa, 237 hektar sahədə kartof, 340 hektar sahədə bostan, 199 hektar sahədə tərəvəz, 175 hektar sahədə dən qarğıdalı, 485 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir.
İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatlarının yaradılması istiqamətində də müvafiq işlər həyata keçirilmişdir. Belə ki, 4,0 ha torpaq sahəsində ildə 1000 ton istehsal gücü olan istixana kompleksi yaradılmışdır. İstehsal olunmuş məhsul əsasən Rusiya Federasiyasına ixrac olunur.
Azərbaycan Respublikasında “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq İmişli rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10211 hektar torpaq sahəsinin Nazirlər Kabinetinin Qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. 6000 ha qış otlaq sahəsinin isə təyinatının dəyişdirilməsi üzrə sənədləşmə işləri aparılır.
Əkinçilik üçün müəyyən edilmiş torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edən kanalların lildən təmizlənməsi və genişləndirilməsi işləri mütəmadi olaraq davam etdirilir. Rayon ərazisində suvarma sahəsində daha çox əhəmiyyət daşıyan “Boztəpə”, Osmankanal”, “Qızılarx” və “Xəkiarx” adlanan kanallarda təmizləmə işləri əsasən başa çatmışdır.
Rayonda aparılan abadlıq və quruculuq işləri:
2017-ci ilin 12 ayında ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmir işlərinə 36 saylı yol istismarı idarəsi tərəfindən rayon ərazisində magistral və kənddaxili avtomobil yollarında müvafiq təmir işləri görülmüşdür. Hazırda 23 km-lik İmişli-Otuziki-Qaraqaşlı avtomobil yoluna asvalt örtüyü salınmış, hazırda son tamamlanma işləri aparılır. Bundan əlavə şəhərin M.Müşfiq, M.Quliyev, C.Quliyev, Xiyabani, E.İbrahimov, X.Bəylərov, Q.Nəbi və T.İsmayılov küçələrində ümumi 30 min kv.m sahədə asvalt qoyulmuşdur. Şəhərin Heydər Əliyev prospektində və parkında, Bayraq Meydanı ətrafında, Zərifə Əliyeva küçəsində abadlıq işləri aparılmışdır.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir.
“Azərişıq” ASC-nin İmişli rayonu Elektrik Şəbəkəsinin və İmişli rayon Məhkəməsinin inzibati binalarında tikintisi başa çatmış, “ASAN” Xidmət Mərkəzinin inzibati binasının və Bayraq Muzeyinin tikintisi davam etdirilir. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin tikintisi nəzərdə tutulmuşdur.
Əhalinin sosial müdafiəsi ilə bağlı:
Azərbaycan Respublikasının Regionlarının sosial iqtisadi Dövlət Proqramlarının icrasına başlanan dövründən hesabat dövrünə qədər olan müddətdə İmişli rayonunda 25895 yeni iş yeri yaradılmışdır. 2017-ci ilin 12 ayında 2667 yeni iş yeri açılmışdır ki, bunun da 1217-sı daimi, 1450-si isə müvəqqəti iş yerləridir. 234 ailənin 994 nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir.
Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı:
2017-ci ilin 12 ayı ərzində istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılmış, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilmiş, yeni güc mərkəzləri yaradılmışdır. Bu müddətdə 420 ədəd müxtəlif güclü 10/0,4 kv-luq transformator cari, 115 ədəd trasformator yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılmışdır. Belə ki, rayonun Mirili, Qaravəlli, Qızılkənd, Qulubəyli, Xəlfəli, Xubyarlı, Çaxırlı və Oruclu kəndlərində həyətyanı sahələrdən açıq naqillərlə keçən hava xətləri ilə həyətyanı sahələrdən çıxarılaraq yol kənarı ilə kabel xətləri yenidən çəkilmişdir. Rayonun Rəsullu, Şahverdili, Yalavac, Məhəmmədli, Otuziki və Göbəktala kəndlərində 10 və 0,4 kv-luq şəbəklərdə yenidənqurma işləri aparılır. İmişli Elektrik şəbəkəsində Enerji təchizatında problemlərin olduğu ərazilərdə 4 ədəd yeni transformator quraşdırılmışdır.
Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2017-ci ilin 12 ayında 7726 yeni fərdi ev, 19 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilmişdir. Beləliklə 2017-ci ildə təbii qaz istehlakçıların ümumi sayı əhali sektoru üzrə 24739 abonent olmuşdur. 4456 abonentə yeni Smart tipli məişət qaz sayğacı quraşdırılmışdır. Qeyri-əhali sektoru üzrə isə abonent sayı 108 olmuşdur. Rayonun 37 yaşayış məntəqəsi tam qazlaşdırılması təmin edilmiş, Çahar, Gövhərli, Xubyarlı, Məzrəli, Çaxırlı, Mirili, Qaravəlili kəndlərində isə qaz çəkilişi işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir. Bundan əlavə şəhərin bir neçə küçələrində fərdi qaztənzimləyici, siyirtmə və digər qurğular quraşdırılmış, qaz xətlərində təmir işləri aparılmışdır.
Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 46 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Rayonun Murğuzalılı, Mürsəlli, Ağcüyür və Gövhərli kəndlərində isə modul tipli su təmizləyici qurğularının quraşdırılması məqsədilə torpaq sahələri ayrılmış, hazırda tikinti işləri davam etdirilir.
Bununla yanaşı əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2754 saylı Sərəncamı ilə rayonun Rəsullu, Məhəmmədli, Göbəktala və Şahverdili kəndləri ərazisində su xətləri çəkilmişdir. İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunmuşdur. Bundan əlavə Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşan məcburi köçkün və qaçqın ailələri üçün inşa edilmiş 550 fərdi yaşayış evində mexaniki su sayğacı quraşdırılmış və abonentlərin istifadəsinə verilmişdir.
Təhsil sahəsi üzrə:
İmişli rayonu üzrə 57 tam orta, 3 ümumi orta, 2 ibtidai, 1 peşə təhsil müəssisəsi, 4 məktəbdənkənar, 15 dövlət və 2 özəl olmaqla 17 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
2016-2017-ci tədris ilində XI sinifi bitirən 951 nəfərdən Dövlət İmtahan Mərkəzinə 511 nəfər məzun sənəd vermiş, onlardan 258 nəfər, əvvəlki illərin məzunlarından isə 43 nəfər ali məktəblərə qəbul olmuşdur. Abituriyentlərdən rayon üzrə 30 nəfər 500 dən yuxarı bal, 19 nəfəri isə 600 dən yuxarı bal toplamışdır. Rayon üzrə ən yüksək nəticə göstərən abituriyent Qaravəlli kənd orta məktəbinin məzunu Babaşov Mayıl Ziyafət oğlu 670 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olmuşdur.
Səhiyyə sahəsi üzrə:
Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə şöbə fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 83 nəfər həkim və 358 nəfər orta ixtisaslı tibb işçisi çalışır. Hazırda rayonun səhiyyə müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə 74 nəfər həkimə ciddi tələbat vardır. 2017-ci ilin 12 ayı ərzində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür.
2017-ci ilin 12 ayında 1705 uşaq doğulmuşdur ki, onların da 98,2 faizi təqvim əsasında profilaktiki peyvəndlərə cəlb olunmuşdur. Nəticədə uşaqlar arasında difteriya, poliomielit və digər yolxucu xəstəliklər qeydə alınmamışdır.
Əhalinin müayinəsi üçün 9 həkim briqadası yaradılmış, həmin briqadalar vaxtaşırı ucqar kəndlərə göndərilərək tibbi müainələr aparmış, ehtiyacı olanları müalicəyə cəlb etmişlər. Yolxucu xəstəliklərlə mübarizə daimi nəzarətdə saxlanılmış, bu sahədə müvafiq tədbirlər həyata keçirilmişdir.
Rayonda şəkərli diabetli xəstələrin dərmanla təminatı daimi nəzarətdə saxlanılmış, onlar vaxtaşırı dərmanla təmin edilmişlər. Həmçinin imtiyazlı təbəqədən olan xəstələrin dərman preparatları ilə təminatı daim diqqət mərkəzində saxlanılmış və onlar Səhiyyə Nazirliyi tərəfindən verilmiş dərman və sarğı materialları ilə təmin edilmişlər.
Səhiyyə Nazirliyinin təqvim planına uyğun olaraq Mərkəzi rayon xəstəxanasının dializ şöbəsində hal-hazırda 44 xəstə müalicə alır. Mərkəzi rayon xəstəxanasının ağciyər xəstəlikləri şöbəsi tam təmir olunmuş, Gövhərli tibb məntəqəsi isə tikilib əhalinin istifadəsinə verilmişdir.
Mədəniyyət sahəsi üzrə:
İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin şəbəkəsinə 1 Heydər Əliyev Məkəzi, 1 Mədəniyyət Mərkəzi, 1 Tarix-Diyarlıq muzeyi, 1 Dövlət Rəsm Qalareyası, 1 Mərkəzi kitabxana, 2 şəhər kitabxanası, 40 kənd kitabxana filialı, 2 kənd Mədəniyyət evi, 1 şəhər klubu, 25 kənd klubu, 1 Uşaq İncəsənət,1 Uşaq musiqi məktəbi daxildir. Bundan əlavə rayon ərazisində müxtəlif dövrləri əhatə edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış 9 arxeloji abidə mövcuddur. Qeyd olunan müəssisələrdə ümumilikdə 382 nəfər işçi çalışır ki, onlardan da 219 nəfərini qadınlar təşkil edir. İşçilərdən 45 nəfərinin təhsili ali, 98 nəfərin təhsili orta ixtisas və 239 nəfərin təhsili isə ümumi ortadır.
Mədəniyyət sahəsində də rayonda bir sıra işlər görülmüş, belə ki, Mədəniyyət və Turizm şöbəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması və təmiri istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, rayon Mərkəzi kitabxanasında, İmişli şəhər Uşaq İncəsənət məktəbində, eləcə də, Mədəniyyət Mərkəzinin dam örtüyündə müvafiq təmir işləri aparılmışdır. İl ərzində matəm, bayram və əlamətdar günlər qeyd olunmuş sərgilər, şəkillərdən ibarət fotostendlər, məktəblərin ifasında ədəbi-bədii kompazisiyalar hazırlanmış və filmlər göstərilmişdir. Azərbaycan Respublikasının Fərmanına uyğun olaraq Molla Pənah Vaqifin 300 illik yubileyi münasibəti ilə şairin şerlərindən ibarət ədəbi-bədii gecə təşkil edilmiş, rayon Mədəniyyət Mərkəzində, Füzuli rayon Dram Teatrında və Rəşid Behbudov adına Mahnı Teatrında təqdim edilmiş və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qiymətləndirilərək, İmişli rayon Mədəniyyət işçilərinə “Fəxri Fərman təqdim edilmişdir”.
Nəqliyyаt sаhəsi üzrə:
2017-ci ilin 12 ayı ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 9.387.400 manat məbləğində və ya ötən ilin müvafiq dövrünə nisbətən 17,1 faiz çox nəqliyyat xidməti göstərilmişdir. Nəqliyyat xidmətinin 7.098.100 manatı yük daşınmasından, 2.289.300 manatı isə sərnişin daşınmasından yaranmışdır.
Rabitə xidməti üzrə:
2017-cı ilin 12 ayı ərzində rayon üzrə 369 abonentə telefon xətti çəkilmişdir. Rayon üzrə ümumi genişzolaqlı internet istifadəçilərinin sayı 3235 nəfərə çatdırılmışdır. 2017-ci 12 ayı ərzində əhalinin genişzolaqlı internetə olan təlabatını ödəmək məqsədilə rayonun Məmmədli kəndində DSLAM avadanlığının quraşdırılması işləri başa çatdırılmış və əhalinin istifadəsinə verilmişdir. “Multumedia xidmətlərinin genişləndirilməsi layihəsi çərçivəsində” inkişafı üçün ATES olmayan kəndlərdə yeni EATS-lərin tikintisi nəzərdə tutulmuşdur. İmişli şəhəri ərazisində 250 nömrə və Qızılkənd EATS-ində 70 nömrəlik çəkilərək əhalinin istifadəsinə verilmişdir. Bundan əlavə 2017-ci ildə əhaliyə 532.500 min manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,8 faiz az rabitə xidmət göstərilmişdir.
Rabitə xidmətlərinin 467.900 manatı və 87,9 faizi əhaliyə göstərilən pullu xidmətlər təşkil edir.
Ticarət üzrə:
Rayon üzrə ticarət sahəsi demək olar ki, tamamilə özəlləşdirilmiş, ticarət üzrə qeyri-dövlət sektorunun payı 99,9 faiz təşkil etmişdir.
2017-ci ilin 12 ərzində rayonda pərakəndə əmtəə dövriyyəsi 224.437.000 manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 47.463.300 manat təşkil etmiş, ötən ilin müvаfiq dövrü ilə müqаyisədə pərаkəndə əmtəə dövriyyəsi 16 fаiz аrtmışdır.
Hüquq-mühаfizə sаhəsində аpаrılаn işlər:
2017-ci ildə rаyоndа cinаyətkаrlığa qarşı mübarizə, hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaş hüquq və azadlıqlarının qorunması sаhəsində hüquq mühаfizə və digər аidiyyatı оrqаnlаr əlаqəli iş аpаrmışlаr.
İmişli rayonu ərazisində 2017-cı ildə 201 cinayət hadisəsi qeydə alınmış, bu da keçən illə müqayisədə 54 hadisə və ya 21,2 faiz azdır. Rayon ərazisində qeydə alınmış cinayət hadisələrinin sayı 54 fakt azalsa da, onların açılması 2016-ci illə müqayisədə 3,3 faiz azalaraq 91 faiz təşkil etmişdir. Qeydə alınmış cinayət hadisələri xarakterinə görə təhlil edildikdə müəyyən edilmişdir ki, onların 75-i böyük ictimai təhlükə törətməyən, 113-ü az ağır, 11-i isə ağır, 2-si isə xüsusilə ağır cinayət faktları olmuşdur.
2017-cı ildə İmişli Rayonu üzrə istintaq və məhkəmədən qaçıb-gizlənən 52 nəfərdən 44 nəfərin tutulması, itkin düşən 10 nəfərdən 8 nəfərinin tapılması təmin edilmişdir.
2016-cı illə müqaisədə 2017-ci ildə şəxsiyyət əleyhinə cinayətlər 47-dən 39-a, iqtisadi sahədə olan cinayətlər 155-dən 115-ə, yol hərəkəti və nəqliyat vasitələrinin istismarı qaydalarının pozulması 18-dən 17-yə enmiş, o cümlədən ölümlə nəticələnən hadisələr 10-dan 5-ə enmişdir.
2017-ci ildə rayon ərazisində qəsdən adam öldürməyə görə adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma hadisələri qeydə alınmamışdır.
Diqqətinizə çatdırıram ki, 2017-ci ildə İmişli rayon İcra Hakimiyyəti başçısının Şura iclasında rayonda cinayətkarlığa qarşı mübarizənin vəziyyəti iki dəfə - yarımillik və ilin sonunda müzakirə edilərək qanunamüvafiq qərarlar qəbul edilmişdir.
2017-ci ildə gənclərin həqiqi hərbi хidmətə çаğırılmаsı və hərbi çаğırışın mütəşəkkil kеçirilməsi ilə əlаqədаr RİH başçısı tərəfindən хüsusi sərəncаmlаr vеrilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rаyоn şöbəsi, Rаyоn İcrа Hаkimiyyəti bаşçısının inzibati ərаzi dаirələri üzrə nümаyəndələrinin və rayon Polis Şöbəsinin birgə fəaliyyəti nəticəsində hərbi xidmətə çаğırışın müəyyən еdilmiş nоrmаyа uyğun həyata kеçirilməsi təmin еdilmişdir.

2017-ci ilin 12 ayı ərzində sоsiаl-iqtisаdi inkişafın yеkunlаrının təhlili göstərir ki, rаyоndа iqtisаdiyyаtın bir çox sаhələrinin inkişafı təmin edilmiş, İmişli şəhərində abadlıq-qurucluq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrаsı istiqаmətində yaxşı nəticələr əldə olunmuşdur.
Bütün bunlarla yanaşı biz bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik.
Bolgexeber.com
İmişlidə hesabat yığıncağı keçirilib-FOTO
İmişlidə hesabat yığıncağı keçirilib-FOTO
İmişlidə hesabat yığıncağı keçirilib-FOTO
İmişlidə hesabat yığıncağı keçirilib-FOTO