BolgeXeber.Com » Xəbərlər » Bakıda aptek müdiri tutuldu - VİDEO

Bakıda aptek müdiri tutuldu - VİDEO

8-02-2018, 10:31
Oxunub: 3 224 Bakıda aptek müdiri tutuldu - VİDEOGizli şəkildə psixotrop maddə satan aptek müdiri tutulub

Xezerxeber.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtın Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 11 ünvanında yerləşən aptekdə əməliyyat keçiriblər.


Səhiyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı sözügedən ünvandakı "Çinar farm" aptekinin sahibi Qasımov Natiq İdris oğlu güclü təsirə malik psixotrop maddələrin satışında şübhəli bilinərək saxlanılıb.

Vətəndaşlar belə halların gəncləri pis vərdişlərə sövq etdiyini bildirir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin ''vəzifə səlahiyyətlərindən sui-istifadə'' və ''güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi'' maddələri üzrə cinayət işi başlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl həmin aptekdə güclü təsir edən maddələrin satılmasına dair kütləvi informasiya vasitlərində və sosial şəbəkələrdə də məlumat yayılmışdır.


Bolgexeber.com mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: