Deputatın anası onu məhkəməyə verib?
8-02-2018, 15:48
Oxunub: 3 245
99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputat seçilən Sona Əliyevanın anası Bəşirə Əliyeva mətbuata açıqlamasında bəzi iddialar səsləndirib
“Qafqazinfo”nun verdiyi xəbərə görə, B.Əliyeva “Azpolitika” saytına açıqlamasında bildirib ki, qızı Sona Əliyeva həyat yoldaşı mərhum Sakit Əliyevin bütün əmlakını ələ keçirib.
Qadın qeyd edib ki, həyat yoldaşı Sakit Əliyev bir müddət öncə vəfat edib. Əmlakın ədalətli bölünməsi üçün oğlu ilə birgə məhkəməyə müraciət edib.
Bəşirə Əliyeva
İddiaya görə, deputat “mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz” deyərək bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə “ağlını itirməkdə” ittiham edərək evindən qovub.
Sona Əliyeva “Qafqazinfo”ya açıqlamasında hazırda xaricdə olduğunu deyib: “Bütün bu iddialar uydurmadır, qardaşım məsələyə aydınlıq gətirəcək”.
Deputatın qardaşı, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyev “Qafqazinfo”ya açıqlamasında artıq problemin həll edildiyini deyib: “Bizim ailəmizdə heç bir narazılıq, problem yoxdur. Hər şey qaydasındadır. Mən o işlərə qarışmıram, xırda bir münaqişə olub. O da həll edilib. İşimlə bağlı başqa evdə oluram, həmin evdə qalmıram. Anam, bacım və qardaşımla aramızda heç bir problem yoxdur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər