Azərbaycanda evdən qaçan təzə gəlin tapıldı: Görün harada imiş
20-02-2018, 19:10
Oxunub: 2 515
Göygöl rayonunda yaşadığı evdən qaçaraq itkin düşən gəlin tapılıb
Bolgexeber.com report-a istinadən xəbər verir ki, rayonun Mollacəlili kənd sakini, 1997-ci il təvəllüdlü Asiya Elnur qızı Ağakişiyeva 11 gün ərzində harada yaşadığı məlum olub. Asiya Ağakişiyeva Gəncə şəhər ərazisində tapılıb.
11 gün əvvəl qaynatası ilə birgə Göygöl şəhərinə gələn və qəflətən orada taksiyə minərək Gəncə şəhəri istiqamətinə gedən gəlin Gülüstan qəsəbəsində düşərək rəfiqəsi ilə görüşüb. Əvvəlcədən planlaşdırdıqları kimi şəhər ərazisində kirayə ev tutub və 11 gün ərzində orada yaşayıb. A.Ağakişiyeva kosmetoloq olduğundan öz sahəsinə uyğun iş də tapıb.
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq şöbəyə gətirilən qadın ifadəsində bildirib ki, qayınana və qayınatası ilə yola getmədiyi üçün bu addımı atıb. O, bu 11 gün ərzində ailəsindən heçkimlə əlaqə saxlamadığını deyib.
A.Ağakişiyeva dindirilmədən sonra ailəsinə təhvil veriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər