Azərbaycanda erməni təşkilat lideri barəsində həbs qərarı verildi
21-02-2018, 14:40
Oxunub: 2 806
Azərbaycan Respublikası Baş Prokurorluğu Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş şəxslərə qarşı cinayət-hüquqi tədbirləri davam etdirir
Baş Prokurorluqdan Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Belçika Krallığında fəaliyyət göstərən "Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyası”nın rəhbəri Kaspar Karampetyanın mütəşəkkil dəstə tərkibində 2014-2018-ci illər ərzində Azərbaycan Respublikasının dövlət sərhədini Ermənistan ərazisindən təkrarən qəsdən qanunsuz keçərək Xankəndi və digər yaşayış məntəqələrinə gəlməsi, qondarma "Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə Azərbaycan Respublikasının suverenliyinə qarşı, habelə ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr olduğundan 20 fevral 2018-ci il tarixdə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib və "İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.
Azərbaycan Respublikası öz suverenliyi və ərazi bütövlüyünün pozulması hallarına yol verilməməsi, eləcə də vətəndaşlarının hüquq və qanuni maraqlarını qorumaq məqsədilə bu kimi qanunazidd fəaliyyətə cəlb edilmiş şəxslərə qarşı zəruri və qəti addımlarını bundan sonra da atacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər