Tələbələr BSU-dan niyə qovulub? - Rektordan açıqlama
27-02-2018, 12:50
Oxunub: 3 246
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bu universitetdə təhsil alan əcnəbi tələbələrin xaric edilməsi barədə yayılan məlumatlara münasibət bildirib
Bolgexeber.com-un xəbərinə görə, rektor Trend-ə açıqlamasında bildirib ki, tələbələrin universitetdən qovulmasının səbəbkarı özləridir.
N.Əliyeva qeyd edib ki, tələbələrin qovulmasının səbəbi onların ölkədə müvəqqəti yaşamaq üçün icazəni qanunsuz olaraq, artıq müddətə almasıdır:
"Belə bir qayda var ki, əcnəbi tələbələr Azərbaycanda yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən icazə alırlar. Bu zaman mərhələ-mərhələ, kiçik müddətlərlə icazə alınır. Onlarsa gedib birdən-birə 5 illik icazə alıblar. Bu da qanunaziddir. Ona görə də o tələbələr qovulurlar. Dövlət Miqrasiya Xidmətinin özü də deyir ki, o tələbələr qovulmalıdırlar. Hələliksə tələbələrdən heç biri qovulmayıb. Onların qovulması hələ sual altındadır. Çünki Dövlət Miqrasiya Xidməti onlara icazə versə, qalacaqlar, əgər verməsə, gedəcəklər. Buna görə də hazırda qovulan tələbə yoxdur”.
N.Əliyeva hazırda magistraturada təhsil alan 2 əcnəbi tələbənin bununla bağlı probleminin olduğunu söyləyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər