Maşın bazarındakı vəziyyət: Təklif çox, tələb azdır
28-02-2018, 12:51
Oxunub: 2 977
Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən, yanvarın 1-dən etibarən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb
Gömrük rüsumlarının artması avtomobil bazarında qiymətlərin artmasına səbəb olub. Bəs hazırda avtomobil bazarında vəziyyət necədir? Daha çox hansı ölkələrin avtomobillərinə üstünlük verilir?
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, bazarda daha çox tələbat olan avtomobillər neçə illərdir dəyişməyən bir konnekturadır.
“Belə avtomobillər üzrə ilk beşliyi Yaponiyanın iki markası- “Toyota” və “Nisan”, Cənubi Koreyanın iki markası - “Hyundai”və “KİA”, Rusiya istehsalı olan avtomobillər tutur.
İkinci-əl avtomobil bazarında isə hələ ki Almaniyadan gətirilən “Mercedes” markalı avtomobillər digər rəqiblərini üstələyir”.
O bildirib ki, ilin əvvəlində qiymət artımı baş versə də, son 15 gündə bazarda qiymətlərin nisbi azalması müşahidə edilir.
“Bu da təbii ki, tələb və təklif strukturu arasındakı ciddi fərqlə əlaqəlidir. Tələb aşağıdır, təklif çoxdur. Ona görə də qiymətlər yenidən azalmaya doğru gedir. Amma azalma ötən dövrlərdə olan artımla müqayisədə aşağıdır. Avtomobillər bazarlarında hələ də durğunluq davam edir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər