Beyləqanda məmurun maşını qəza keçirdi... - Özü isə...
3-03-2018, 11:49
Oxunub: 2 948
Dünən Beyləqan Rayon İcra Hakimiyyəti başçısınn müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytən xanım Mirzəyavanın xidməti avtomobili onun çalışdığı rayonun ərazisində qəzaya düşüb
Bu barədə məlumatı Azinforum.az saytına həmin rayondakı mənbələr verib. Bildirilir ki, icra başçısının xanım müavininə məxsus olan 11 AA 055 dövlət nömrə nişanlı avtomobilə ciddi zərər dəyib. Ən maraqlısı isə budur ki, baş verən qəzadan sonra həmin xidməti avtomobil icra hakimiyyətinin həyətinə gətirilərək, görünməz yerdə saxlanılıb. Bildirilir ki, qəza baş verən zaman Aytən xanımın özü də xidməti avtomobildə olub. Onun xəsarət alıb-almaması barədə dəqiq məlumat əldə edə bilmədik. Azinforum.az -a təqdim olunan fotodan görünür ki, xanımın müavinin xidməti avtomobilinə arxa hissədən ciddi zərər dəyib. Hadisənin polis tərəfindən qeydə alınıb-alınmadığı haqda məlumatımız yoxdur. Mövzu ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz alınmadı. Onların da mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər