“Nazirlik bəstəkarı qamışlıqda dəfn edib” - Ailəsindən sərt ittiham
5-03-2018, 13:34
Oxunub: 3 088
Xəbər verdiyimiz kimi, martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin məzarı dəyişdirilib
Sənətkarın nəşi anası Samaya Əkbərovanın məzarının yanına köçürülüb.
“Qafqazinfo”nun məlumatına görə, iddia olunur ki, Mədəniyyət və Turizm Nazirliyi mərhumun "Qurd qapısı"nda dəfn olunacağı barədə ailəsinə məlumat verib. Lakin Tahir Əkbər başqa bir məzarlıqda torpağa tapşırılıb.
“Qafqazinfo” mövzu ilə bağlı bəstəkarın həyat yoldaşı Aybəniz Əkbərlə əlaqə saxlayıb. O, yayılan məlumatları təsdiq edərək mərhumun məzarının dəyişdirildiyini qeyd edib:
“Mən bir bəstəkar xanımı kimi Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişdim. Sağ olsunlar, kömək etdilər. Amma Tahir müəllimi Qurd qapısında deyil, layiqsiz yerdə gördüyümə görə onun məzarını dəyişdirdim. Çünki həmişə zarafatyana deyərdi ki, məni xidmətlərimə görə, 2-ci Fəxri Xiyabanda dəfn edərlər.
Onun Azərbaycan incəsənətinə xidmətini danmaq olmaz. Mən öz qərarımı dəfn mərasimində verdim. Vəssalam. Səhər durub öz borcumu yerinə yetirdim. Nazirlikdən mənə deyilmişdi ki, Badamdarda basdırılacaq. Bilməmişdim ki, bir qamışlıqda, boş ərazidə tək onu dəfn edəcəklər. Əlavə bir şərhə ehtiyac varmı? Hamısı göz qabağındadır”.
Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mövqeyini öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmayıb.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər