Füzulidə 8 mart qadınlar bayramı qeyd olundu-FOTO
8-03-2018, 11:57
Oxunub: 4 445
Horadiz şəhərində Muğam Mərkəzində 8 Mart Qadınlar günü münasibəti ilə tədbir keçirilib
Bolgexeber.com xəbər verir ki,Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak edib.
Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərəl xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun qadınlarını 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik edib.
Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər rayonda qadınların dövlət qulluğunda, bələdiyyələrdə də uğurla təmsil olunduqlarını vurğulayan Alı Alıyev qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu, ana məfhumunun minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirdiyini vurğulayan rayon İcra Hakimiyyətinin başçısı Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edib.
Çıxış edən qadınlar göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayon qadınları Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı 8 mart qadınlar bayramı münasibəti ilə təbrik ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər