Azərbaycanlı transseksual öldürüldü - FOTO,VİDEO
10-03-2018, 10:33
Oxunub: 4 064
Azərbaycanlı transseksual Türkiyədə amansızcasına qətlə yetirilib
İstanbulda hoteldə meyiti tapılan Azərbaycan əsilli, Roman adlı transseksualın qatili yaxalanıb.
A24.az xəbər verir ki, onun qatilinin İran əsilli Aşkan Kazemi olduğu bəlli olub.
Aşkan Kazemi Romanı öldürdükdən sonra mindiyi taksinin şoferini yaralayıb. Daha sonra onu soyaraq Bursaya gedib, orada bir qadın şoferə qarşı eyni əməli təkrarlamaq istəyərkən ələ keçib.
Qatilin kimliyi hotel kameraları vasitəsi ilə müəyyənləşdirilib.
O, polis idarəsinə “əvvəlcə qadın zənn etdim, transseksual olduğunu gördüm, dalaşdıq və öldürdüm” deyib.
Hadisənin təfərrüatını araşdıran polis onun 8 Martda Tarlabaşı Altın Bakkal küçəsində, üçmərtəbəli hotelin otağında Romanı öldürüldüyünü müəyyən edib.
Romanın boğaz nahiyəsində kəsiklər olduğu, bıçaqlandığı, daha sonra boğulduğu bəlli olub.
“İstiqlal küçəsində gəzərkən rastlaşdım, 200 lirəyə razılaşdıq. Hotelə gəldik. Qadın zənn etmişdim, kişi olduğunu görəndə getməsini istədim. Ancaq o pul istədi, dalaşdıq, öldürdüm”, – İran əsilli qatil bildirib.
Faktla bağlı cinayət işi açılıb.
***
Azərbaycanlı transseksual Türkiyədə amansızcasına qətlə yetirilib.
Hadisə dünən gecə İstanbulda baş verib."Kristina" ləqəbli transseksual Ramil Əliyev yaşadığı evdə çoxsaylı bıçaq zərbəsi alıb. İlkin məlumata görə, onun borca görə öldürüldüyü deyilir.
Qətlə yetirilən transseksualın meyiti hazırda Türkiyədədir. Onun meyiti yaxınlarının İstanbula getməsindən sonra veriləcəyi bildirilir.
Xatırladaq ki, qətlə yetirilən transseksual bir neçə il bundan əvvəl hücuma məruz qalmışdı.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər