Saatlıda dəhşətli qəza:2 ölü, 2 yaralı
24-03-2018, 11:06
Oxunub: 3 714
Martın 23-də axşam saatlarında Saatlı rayonunun Qaralar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib
APA-nın məlumatına görə, Hacıqabul rayonu Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunun idarə etdiyi "Shacman" markalı yük avtomobili təkərinin partlaması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb. Yük avtomobili eyni anda hərəkətdə olan İmişli sakini, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin üstündən keçərək kanala yuvarlanıb.
Nəticədə “Mercedes”in sürücüsü və sərnişini, İmişli sakini, 1988-ci il təvəllüdlü İsgəndərov Peyman Qərib oğlu hadisə yerində ölüblər. “Mercedes”də olan digər sərnişin, İmişli rayonu Yalavac kənd sakini, 1979-cu il təvəllüdlü Rəfiyev Rəşad Çingiz oğlu Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəza nəticəsində su kollektoruna aşan "Shacman" markalı yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan sürücü 3 qaldırıcı kranın və FHN Sabirabad yanğından mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq Saatlı rayon xəstəxanasına çatdırılıb. Xilasetmə əməliyyatı təxminin 3 saata yaxın davam edib.
Yük avtomobilinin sürücüsünə Saatlı xəstəxanasında ilkin yardım göstərildikdən sonra hər iki ayağının açıq qəlpəli sınığı diaqnozu ilə Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yola salınıb.
Faktla bağlı BDYP tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər