BolgeXeber.Com » Xəbərlər » Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfər edəcək

Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfər edəcək

24-03-2018, 16:33
Oxunub: 1 935 Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfər edəcəkAzərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankara şəhərinə yola düşəcək

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.