BolgeXeber.Com » Xəbərlər » Hacıqabul məktəbliləri "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində yola çıxdılar-FOTO
Hacıqabul məktəbliləri "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində yola çıxdılar-FOTO
26-03-2018, 11:14
Oxunub: 7 630
"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları - rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxdılar
"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları-rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxdılar.
Əvvəlcə tur-aksiya iştirakçıları Hacıqabul rayon Heydər Əliyev Mərkəzində toplandılar. Sonra Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildirdilər.
Yola salma mərasimində rayon icra hakimiyyəti, təhsil, mədəniyyət şöbəsinin məsul işçiləri, valideynlər iştirak etdilər.
Dövlət başçısının təşəbbüsü ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları bu gün Quba şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiya çərçivəsində şagirdlər Quba-Qusar-Xaçmaz tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.
Mərasim başa çatdıqdan sonra Hacıqabullu məktəblilər avtobusla Qubaya yollandılar.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər