DİN-dən Nərimanovdakı atışma barədə – RƏSMİ AÇIQLAMA
26-03-2018, 16:31
Oxunub: 2 520
Martın 23-də Masallı rayonunun Qızlavar kəndi ərazisindən kənd sakini Ağəddin Ağayevin qol və qarın nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub
DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlərlə A.Ağayevi odlu silahdan açdığı atəşlə yaralayıb hadisə yerini tərk edənin Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev olması və onun Bakı şəhərinə gedərək orada gizlənməsi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əliyevin paytaxtın N.Nərimanov rayonu ərazisində gizləndiyi müəyyən olunub və yaxalanarkən o, polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib.
Polis əməkdaşları xidməti silahdan istifadə edərək Z.Əliyevi məhv ediblər. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança və 3 ədəd patron, mənzildən isə 2 ədəd qumbara və 5 ədəd giliz aşkar edilərək götürülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər