Porno ulduz Tramp haqqında: “Şalvarını aşağı çəkdi, mən də…”
28-03-2018, 09:24
Oxunub: 6 465
ABŞ Prezidenti Donald Trampla intim münasibəti olduğunu iddia edən porno ulduz Stormi Daniels “CBS” telekanalına verdiyi açıqlama ilə yenidən gündəmə gəlib
Minval.İnfo xəbər verir ki, Tramp haqqında danışmamaq üçün prezidentin vəkilləri ilə imzaladığı gizli müqaviləni pozan porno ulduz onu necə şantaj etdiklərinən danışıb.
Əsl adı Stefani Klifford olan Stormi Daniels 2011-ci ildə avtoparkda ona yaxınlaşan şəxsin “Trumpdan əl çək” dediyini bildirib. Naməlum şəxsin onun qızına dönərək “Ananın başına bir şey gələrsə, çox heyif olar” söylədiyini də əlavə edib.
Aktrisa daha sonra necə tanış olduqlarını da ətraflı izah edib. Onun sözlərinə görə, Trampla 2006-cı ilin iyulunda məşhurların “American Century” adlı qolf turnirində tanış olub. Daha sonra otel otağına Trampla gedən Stormi “şalvarını aşağı çəkdi, mən də onu üzərində öz şəkli olan jurnalla zarafatyana vurdum. Trampı cəlbedici görməsəm də, onunla birlikdə oldum, ancaq özümü istifadə edilmiş saymıram”- deyə vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp isə Stormi Danielslə münasibəti barədə danışmaqdan imtina edir. Trampın vəkilləri prezident seçkiləri öncəsi Stormi ilə imzalanan gizlilik müqaviləsinin şərtlərinin pozulduğu üçün porno ulduza 20 milyon dollar tələbi ilə məhkəmə işi qaldırıblar.
Stormi imzaladığı gizlilik müqaviləsində Trampın imzası olmadığı üçün müqavilənin qüvvədən düşdüyünü deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər