Xaləddin İsgəndərov borclarını hələ də ödəməyib- ŞİKAYƏT
28-03-2018, 15:36
Oxunub: 3 145
Bir neçə gün əvvəl vəzifədən alındığı bildirilən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla bağlı redaksiyamıza daha bir şikayət daxil olub
Elşad Qarayev adlı vətəndaşın AFN-ə ünvanladığı məktubda bildirilir ki, X.İsgəndərov vaxtilə Binəqədi rayonunda gördürdüyü tikinti işlərinin haqqını ödəməyib: "Tikinti işləri əsasən 9-cu mikrorayon və "Nəsimi" metristansiyası ətrafında aparılıb. Tikintiyə Xaləddin İsgəndərovun adamları Qaraş və Etibar adlı şəxslər nəzarət edirdi. Onlar həm işin gedişinə cavabdeh idilər, həm də maliyyə məsələlərinə. Bir müddət hamıya vaxtlı-vaxtında pul verildi, amma 2015-ci ilin martından hamının pulunu saxladılar. Bu gün-sabah veriləcək deyə-deyə hələ də verməyiblər. Sıravi fəhlələrlə bərabər firmaların, şirkətlərin də pulu saxlanıb".
Qeyd edək ki, X.İsgəndərovla bağlı qeyd edilən problem haqda mətbuatda çox yazılıb. Müxtəlif şəxslərin şikayətləri işıqlandırılıb. Lakin icra başçısından heç bir reaksiya olmayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər