BolgeXeber.Com » Xəbərlər » Bakıda külək 17 ağacı aşırdı: Yol bağlandı - FOTO

Bakıda külək 17 ağacı aşırdı: Yol bağlandı - FOTO

30-03-2018, 14:28
Oxunub: 1 996 Bakıda külək 17 ağacı aşırdı: Yol bağlandı - FOTOBu gün ölkə ərazisində müşahidə edilən hava şəraiti paytaxtda 17 ağacı aşırıb.

Bu barədə Publika.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, aşan ağacların hamısı sağlamdır: “Bunun səbəbi ağacların əkilərkən Bakının mühitinin nəzərə alınmaması və torpağın yetərincə münbit olmamasıdır. Bu ağacların kökü dərin qatlara gedə bilmir. Buna görə də küləyə qarşı müqavimətsiz olurlar. Bu saata qədər aşan ağaclar əsasən sərv, qovaq, göyüş ağaclarıdır”.

O. Məmmədovun sözlərinə görə, ağacların aşması nəticəsində xəsarət alan olmayıb: “Nərimanov rayonunun Aşıq Alı küçəsində ağac aşaraq yolu bağlayıb. Təəssüf ki, dünəndən xəbərdarlıq edilsə də, insanlar avtomobillərini ağacların yanında saxlayır. Bundan başqa Yaşamal rayonunda ağac köhnə tikilinin üstünə aşıb. Nizami rayonunda elektrik xətlərinin üzərinə düşüb. Əməkdaşlarımız gecə saat 04.00 radələrindən iş başındadırlar. Yaranan problemləri aradan qaldırmağa çalışırıq. Ağaclar əsasən çoxmərtəbəli binaların arasında hava axını olan ərazilərdə aşır”.
Bakıda külək 17 ağacı aşırdı: Yol bağlandı - FOTO
Bakıda külək 17 ağacı aşırdı: Yol bağlandı - FOTO