BolgeXeber.Com » Xəbərlər » İmişli Rayon İcra Hakimiyyətində 31 mart soyqrım günü ilə bağlı tədbir keçirilmişdir-FOTO
İmişli Rayon İcra Hakimiyyətində 31 mart soyqrım günü ilə bağlı tədbir keçirilmişdir-FOTO
30-03-2018, 18:06
Oxunub: 2 693
31 mart soyqırım günüdür
Bu gün İmişli Rayon İcra Hakimiyyətində 31 mart soyqrım günü ilə bağlı tədbir keçirilmişdir .Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev, hüquq mühavizə orqanlarının rəhbərləri və rayon ziyalıları iştirak etmişdirlər. Soyqrım qurbanları bir dəqiqəlik sukutla yad edildikdən sonra rayon İcra Hakimiyyətinin başçısı tariximizin faciəli səhifəsi mövzusunda məruzə etdi. Xalqımıza qarşı yüz illər boyu davam edən soyqırım və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi kökləri , erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri vəhşiliklərdən danışaraq bildirdi ki, 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 mart azərbaycanlıların soyqırım günü kimi qeyd olunur.Əsrin əvvəlində erməni daşnaklarının xalqımıza qarşı törətdiyi soyqırım hadisələrinin tarixin ən qəddar cinayətidir. Soyqırım nəticəsində yüz minlərlə soydaşımız qətlə yetirilərək terror və təcavüzlərə məruz qalmış, doğma torpaqlarından deportasiya olunmuşdurlar. Bu təcavüzkar siyasətin indi də erməni daşnakları tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini rayon İcra Hakimiyyətinin başçısı cənab V.Hacıyev mərasim iştirakçılarının nəzərinə çatdırmışdır.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər