Bakıda gənclərin ölüm mənbəyi olan “PlayStation” klublar…
31-03-2018, 11:23
Oxunub: 4 360
Ötən ilin sonunda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib
Hansı məkanlarda siqarət çəkməyin qadağan olunduğu müəyyən edilib. Bir çox obyektlərdə sözügedən qanuna riayət olunmağa başlanıb. Lakin çox keçmədi ki, bəzi məkanlar üçün siqaret qadağası “qüvvədən düşdü”.
Minval.info xəbər verir ki, qanuna məhəl qoymayan obyektlərdən öndə gedəni “PlayStation” oyun klublarıdır. Nəzərə alsaq ki, gənclərin böyük əksəriyyəti siqaret aludəçisidir və onların ən çox üz tutduğu yerlərdən biri məhz bu obyektlərdir. O zaman “PlayStation”lardakı vəziyyəti təsəvvür etmək heç də çətin deyil.
Bu obyektlərdə bir kompüterdə rahatlıqla 4 nəfər oyun oynayır. Yalnız onların hər biri siqaret çəkərsə, oranı tüstü-duman bürüyür. Hələ tütünün qoxusu da bir yana… Üstəlik, burada növbəsini gözləyən müştərilər də vaxtlarının getməsi üçün siqaretlərini alışdırıb tüstüləyirlər. Yaranan ab-hava ciddi xəstəliklərin yaranmasına səbəb olan böyük amillərdən biridir.
Maraqlıdır ki, bu obyektlərin əksəriyyətində havaçəkən belə quraşdırılmayıb.
Qeyd edək ki, qanuna əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə nəzərdə tutulub. Həmçinin siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxsləri dörd yüz manat məbləğində, hüquqi şəxsləri isə min manat məbləğində cərimə gözləyir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər