“Whatsapp”da səs və görüntü yayıldı, polis hərəkətə keçdi - Video
3-04-2018, 17:50
Oxunub: 2 797
Sumqayıt şəhərində orta məktəb və bağça yaxınlığında şübhəli şəxsin olması barədə məlumatlar yayılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Whatsapp” sosial şəbəkəsi üzərindən yayılan auido və video məlumatlarda orta yaşlı bir kişinin azyaşlılardan ünvan soruşub, sonra isə uşaqlardan onu həmin yerə aparmalarını və orada seksual xarakterli hərəkətlər etdiyi iddia olunub. Həmin şəxsin təhlükəsizlik kamerasından görüntüləri də əldə edilib. Sumqayıt şəhər 28 saylı məktəbinin müəlliməsinin adından yayılan audio elanda valideynlərə ehtiyatlı olmaları tövsiyə olunur.
“Qafqazinfo” məsələ ilə bağlı rəsmi açıqlama almaq üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasa da, telefonlara cavab verən olmayıb.
Sumqayıt şəhər 24 saylı məktəbin yerləşdiyi ərazinin sahə müvəkkili, polis kapitanı Ramil Əliyev “Qafqazinfo”ya açıqlamasında faktı təsdiqləyib: “Bizdə də belə bir məlumat var. Bu gün səhər məktəbdə olmuşam və həmin video görüntüyə baxış keçirilib. Həmin şəxsin fotosu və lazımı məlumatlar götürülüb. Hazırda hər hansı uşağa qarşı deyilən formada hadisə baş verməyib. Həmin şəxslə bağlı şikayət də yoxdur. Sadəcə özünü şübhəli apardığı üçün və həmin ərazidə olan vətəndaşlar onu tanımadığı üçün narahatlıq keçiriblər. Hər hansı cinayət faktı qeydə alınmayıb. Araşdırma aparılır”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər