BolgeXeber.Com » Xəbərlər » Bərdədə “Müdrik insan-Mir Cəlal Paşayev” adlı oxucu konfransı keçirilib-FOTO

Bərdədə “Müdrik insan-Mir Cəlal Paşayev” adlı oxucu konfransı keçirilib-FOTO

27-04-2018, 17:41
Oxunub: 1 929 Bərdədə “Müdrik insan-Mir Cəlal Paşayev” adlı oxucu konfransı keçirilib-FOTOBərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada yazıçı, ədəbiyyatşünas, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə “Müdrik insan-Mir Cəlal Paşayev” adlı oxucu konfransı keçirilib

Rayon ziyalıları, gənclər və kitabxananın fəal oxucularının iştirak etdiyitədbiri oxuculara xidmət şöbəsinin müdiri Zülfüqarova Almaz açaraq bildirib ki, XX əsr Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini tutan Mir Cəlal bütün şüurlu həyatın əbəbi, elmi və ictimai- pedaqoji fəaliyyətə həsr etmişdir.O, ölməz nəsr əsərləri, elmi dəyərini itirməyən monoqrafiyalar yaratmış, yeni ədəbiyyatşünas və pedaqoji kadrlar yetirmiş, doğma xalqın milli- mənəvi yüksəlişinə çalışmışdır. Mir Cəlal bütün həyatı boyu yüksək vətən daşlıq borcunu yerinə yetirərək milli – mədəniyyətin, ictimai ədəbi və pedoqoji fikrin inkişaf uğunda fədakarlıq göstərmişdir. Ədibin güldürə-güldürə düşündürən, bir-birindən gözəl və mənalı onlarca əsəri ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur.
Kitabxanaçı Fəxriyyə Quluyeva “Mir Cəlal Paşayevin yaradıcılıq yolu” haqqında oxuculara geniş məlumat verərək onun yaradıcılığında mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri ilə Azərbaycan yazıcıları içərisində özünəməxsus yer tutduğunu vurğulayıb.
O ədəbiyyat tarixinə, tənqid və ədəbiyyatşünaslığa dair bir sıra qiymətli əsərlər bəxş etmişdir. Alim- yazıçı Nizami, Füzuli, Sabir, C. Məmmədquluzadə, Nəriman Həsənzadə, Məmməd Səid Ordubadi, Lev Tolstoy və .s kimi böyük söz ustadları haqqında qiymətli , elmi əsərlər, məqalələr yazmışdır.
Dövrün tanınmış ziyalılarından olan Mir Cəlal Paşayev ədəbi- pedaqoji və elmi xidmətlərinə görə iki dəfə “Şərəf nişanı”, “Qızıl Əmək bayrağı” ordeniləri, iki dəfə “Qafqazın müdafiəsinə görə”, iki dəfə “Əmək igidliyinə görə”, ”Qabaqcıl maarif xadimi” və s. medallara təltif edilmişdir.
Çıxş ətrafında fəal oxucu Rəşid Kazımov sevimli müəllimi haqqında xatirələrindən danışaraq qeyd edib ki, o çox səmimi, çox qayğıkeş bir insan idi. O təkcə yazıçı deyildi alim, pedaqoq və ictimai xadim kimi xalqın yaddaşlarında qalıb.
2 nömrəli şəhər kitabxana filialının müdüri Xədicə Məmmədova isə çıxışında bədii əsərləri ilə yanaşı Mir Cəlal Paşayevin “Ədəbiyyatşünaslığın əsasları” və “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitablarının oxucular arasında çox maraqla oxunduğunu qeyd edib.

Tədbirdə “Mir Cəlal Paşayev- 110” adı altında sərgi təşkil edilib, “Böyük ömürdən səhifələr” adlı vido çarx nümayiş etdirilib.
Bolgexeber.com
Bərdədə “Müdrik insan-Mir Cəlal Paşayev” adlı oxucu konfransı keçirilib-FOTO
Bərdədə “Müdrik insan-Mir Cəlal Paşayev” adlı oxucu konfransı keçirilib-FOTO
Bərdədə “Müdrik insan-Mir Cəlal Paşayev” adlı oxucu konfransı keçirilib-FOTO