Azərbaycanın işğalından 98 il ötür
28-04-2018, 13:04
Oxunub: 3 305
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 98 il ötür.
Bolgexeber.com xatırladır ki, 28 may 1918-ci ildə elan edilən AXC 23 ay sonra - 28 aprel 1920-ci ildə işğal edilib.
XI Ordunun ön dəstələri artıq aprelin 27-ə keçən gecə, Bakıdakı kommunistlərin çıxışlarının başlanmasına qədər, planı əvvəlcədən Serqo Orconikidzenin fəal iştirakı ilə Mixail Tuxaçevski və qərargahın rəisi S.A.Puqaçovun rəhbərliyi altında Qafqaz cəbhəsi qərargahı tərəfindən hazırlanmış Bakı əməliyyatına həyata keçirilməsinə başlayıb.
Aprelin 27-də saat 00.05-də Azərbaycan parlamentinə ultimatum verilməsindən 12 saat əvvəl Anastas Mikoyan, Q.Cəbiyev və Qəzənfər Musabəyovun da olduğu "III Beynəlmiləl" zirehli qatarı Samur körpüsündən keçməklə və yol boyu qəflətən yaxalanmış azsaylı və pərakəndə Azərbaycan Ordusu hissələrinın müqavimətini qırmaqla Bakıya hərəkət edib. İki saatlıq qanlı döyüşlərdən sonra zirehli qatarlar Yalama stansiyasını ələ keçib.
Aprelin 27-də saat 23.00-da Biləcəri stansiyası sovet zirehli qatarları tərəfindən tutulub, saat 04.00-da isə "III Beynəlmiləl" zirehli qatarı Bakı stansiyasına daxil olub. Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil olub. Həmin gün 7-ci süvari diviziyasının hissələri Şamaxı və Ağsuya girərək, mayın 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları Gəncə stansiyasını ələ keçirib.
Mayın 1-də Volqa-Xəzər hərbi donanmasının gəmiləri Bakı limanına daxil olub. Mayın 3-də və 4-də Lənkəran və Astaraya hərbi dəniz desantlar çıxarılıb. Mayın 5-də XI Ordunun süvari dəstələri Qazaxa, mayın 7-də Yevlax rayonlarına daxil olub. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Xalq Cümhuriyyətini, demək olar ki, bütün ərazisini nəzarət altına alıb. Beləliklə, Rusiya müdaxiləsi nəticəsində milli Azərbaycan hökumətinin hakimiyyəti devrilib.
Qeyd edək ki, 1991-ci ildə elan edilən Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci aprelin 28-dək mövcud olan AXC-nin hüquqi, siyasi və mənəvi varisidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər