BolgeXeber.Com » Xəbərlər » Vergilər Nazirliyində daha bir təyinat - Nazir müavini Aparat rəhbəri vəzifəsinə aparıldı
Vergilər Nazirliyində daha bir təyinat - Nazir müavini Aparat rəhbəri vəzifəsinə aparıldı
16-05-2018, 14:28
Oxunub: 1 640
Vergilər naziri Mikayıl Cabbarov daha bir kadr dəyişikliyi edib.
Nazirlikdən Modern.az-a daxil olan məlumata görə, indiyədək mədəniyyət nazirinin müavini vəzifəsində işləyən Nazim Səmədov Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə aparılıb.
N.Səmədova qədər bu vəzifəni Nigar Alimova tutub. Vəzifəsindən azad olunan N.Alimova yeni yaradılan Katiblik departamentinə təyinat alıb.
Qeyd edək ki, Nazim Səmədov 2 avqust 1977-ci ildə Bakıda şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakültəsinin bakalavr pilləsini, 2000 və 2001-ci illərdə Fransanın Strasburq II Universitetinin və Azərbaycan Dillər Universitetinin magistratura pilləsini, 2006-cı ildə Qərb Universitetinin beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildə doktoranturaya qəbul edilib və 2007-ci ildə Strasburq II Universitetində elmi işini müdafiə edib fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2000-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fransız dili müəllimi işləyib.
2004-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin böyük məsləhətçisi və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləyib. 2006-2011-ci illərdə yeni yaradılmış Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi sektorunun müdiri, daha sonra isə şöbə müdiri vəzifəsində işləyib.
2011-ci ildə mədəniyyət və turizm nazirinin müavini təyin edilib. 2017-ci ilin yanvar ayından Azərbaycan Respublikası Turizm Şurasının Katibliyinin rəhbəri təyin edilib.
2018-ci ilin fevral ayından Milli Turizm Təbliğat Bürosunun Müşahidə Şurasının sədri seçilib. Ailəlidir, iki qızı və bir oğlu var.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər