Bunları etsəz, orucunuz batil olacaq – XƏBƏRDARLIQ
18-05-2018, 15:16
Oxunub: 3 510
Ramazan ayının gəlməsiylə bir çox müzakirələrə də geniş müzakirə olunur
Oruc tutan izləyiciləri üçün “orucu nə batil edər?” sualının cavabını təqdim edirik:
1. Oruc tutan şəxs dodaq boyası çəkərsə oruc pozularmı? Ağız xaricində digər bölgələrə çəkilən makiyaj orucu pozmur. Ancaq dodaqda olan boya yeyilərsə və dadı mədəyə çatarsa o oruc batil sayılır.
2. Oruc tutan şəxs epilyasiya edə bilərmi? Bədəndəki tüklərin götürülməsi orucu batil etmir
3. Oruc tutan şəxs saçını boyaya bilərmi? Saç boyası orucu batil etməz
4. Oruc tutan şəxs çimə, hovuza, dənizə girə bilərmi? Ağız və burundan su girib, həzm sisteminə çatmadıqca heç kəsin orucu batil olmur. Ağzından və burnundan su qaçırmamaq şərti ilə oruc tutan şəxs çimə, dənizə və hovuza girə bilər.
5. Hamilə qadınlar oruc tuta bilərlərmi? Ramazan ayında oruc tutmamaq üçün keçərli səbəblərdən biri də qadınların dünyaya uşaq gətirməsidir. Hamiləlik ərəfəsində qadınlar özlərinə və körpələrinə zərər gəlməsin deyə oruc tutmaya bilərlər.
6. Oruc tutan şəxs dişini müalicə edə bilərmi? Müalicə zamanı hər hansı maye udulmadığı təqdirdə, diş müalicəsi orucu batil etməz.
7. Cinsi əlaqə orucu batil edərmi? – Əgər oruc tutan şəxs bilə-bilə cinsi əlaqədə olarsa orucu batil olar. Əgər oruc tutmağını unudub yaxınlıq edərsə orucu batil olmaz. Amma cinsi yaxınlıq zamanı yadına duşə ki, oruc tutub dərhal bu işi tərk etməlidir. Cinsi yaxınlığı tərk etməsə orucu batil olar. Bu zaman ona həm orucun qəzası, həm də kəffarəsi vacib olur.
AZXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər