BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar məktəblilər arasında bilik yarışması-Hacıqabulda
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar məktəblilər arasında bilik yarışması-Hacıqabulda
18-05-2018, 16:02
Oxunub: 4 742
Hacıqabul rayon Mədəniyyət, Təhsil şöbəsi, Gənclər və İdman idarəsinin birgə təsdiq etdiyi Əsasnaməyə əsasən 18.05.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Kino zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar məktəblilər arasında bilik yarışması keçirildi
Yarışda Hacıqabul şəhərində yerləşən 9 məktəbin hər birindən 3 fəal məktəbli iştirak etdi. Mərkəzin direktoru Aytən Zülfəliyeva tədbiri giriş sözü ilə açdı və oyunun şərtləri barədə çıxış etmək üçün sözü Gənclər və İdman idarəsinin əməkdaşı Xalid Rəcəbliyə verdi. Şərtlər izah olunandan sonra yarışma başlandı. Suallar Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı idi. Məktəblilərin Cümhuriyyət tarixini gözəl bilməsi nəticəsində çox kiçik bal fərqləri ilə üç komanda qalib gəldi. Şəhər 3 saylı tam orta məktəbin “Mübariz” komandası I , 1 saylı tam orta məktəbin “Müsavat” komandası II, şəhər 2 saylı tam orta məktəbin “Qarabağ” komandası isə III yerə laiq görüldü. Sonda qaliblər və münsiflər heyyəti Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkili çəkdirdilər.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər