Nazir islahatlara başladı: Əlillik yeni üsullarla təyin olunacaq
21-05-2018, 13:53
Oxunub: 2 431
"Əlilliyin təyin olunması ilə bağlı məsələləri araşdırırıq və bu sahədə islahatlar aparmaq istəyirik"
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.
S. Babayevin sözlərinə görə, həm qanunvericilik, həm prosedur, həm də ümumilikdə bu prosesin sosial ədalətli olması baxımından islahatlar aparmağa ehtiyac var.
"Əlilliyin meyarlarına baxılmalı, beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı, ərizə-müraciətlərin təqdim olunma forması araşdırılmalı, bu sahə ilə məşğul olan müxtəlif dövlət orqanlarının işi əlaqələndirilməlidir, prosesi tam şəffaf şəkildə etmək istəyirik. Prosesin hər hansı ləngimə və ya administrativ-bürokratik maneə ilə rastlaşmamasını təmin etmək istəyirik. İstəyirik ki, haqqı çatan hər bir şəxsin buna çıxışı olsun, çatmayanların isə qarşısı alınsın. Bu işlər sistemli şəkildə görüləcək. Bununla bağlı müvafiq komissiya yaradılıb. Həm Səhiyyə Nazirliyində işçi qrupu, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupu yaradılıb. Bu iki işçi qrup birgə işləyərək kriteriya, normativ hüquqi baza və prosedur baxımından təkliflər hazırlayırlar",- deyə nazir qeyd edib."APA-Economics"
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər