Xaçmaz rəhbərindən riskli inşaat işləri... - FOTOFAKT
25-05-2018, 11:18
Oxunub: 2 661
Xaçmazın Vağzal küçəsində tikiləcək kafenin öz xüsusi özəlliyi var. Belə ki, burda yeyib-içmək istəyən müştərilər əvvəlcə içəri girmək üçün qaz xətlərinin labirintindən keçməlidir.
AzEuroNews.com-un məlumatına görə, feysbukda paylaşılan foto ilə bağlı Xaçmaz rəhbərliyi məsxərəyə qoyulub.
“Gör rayon rəhbərliyi nə qədər təəssübkeşdir ki, camaat kafe və restoranlara getmək üçün əziyyət çəkməsin deyə, elə qonşuluqlarındakı boş yerlərdə əyləncə təşkil edir.
Yeyib-içib çıxanda isə onun bu labirintdə canını qurtarmağına əsasən müştərinin sərxoşluq dərəcəsi təyin olunacaq. Qohum-qonşu heç səsini belə çıxara bilməz, tapşırıq yuxarıdan gəlib”,-deyə bildirirlər.
Doğurdan da qaz xətləri ilə əhatələnmiş tikilinin kafe kimi fəaliyyət göstərməsi qanuna ziddir. Bu, həm təhlükəlidir, həm də tikinti normativlərinin pozulması faktıdır.
Amma Xaçmazın qocaman icra başçısı Şəmsəddin Xanbabayev hər zaman “kreativ” ideyalarla meydana çıxır və bölgələrdə misli görünməmiş, analoqsuz tikintilərlə seçilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda Əhməd Rəcəbli küçəsindəki kafelərin birində qaz balonu partlaması nəticəsində iki nəfər həyatını itirdi.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər