BolgeXeber.Com » Xəbərlər » Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin tarixi açıqlanıb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin tarixi açıqlanıb
26-05-2018, 11:51
Oxunub: 3 066
İmtahanı müşahidə etmək üçün müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət ediləcəklər
Prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında beynəlxalq tələblər səviyyəsində aparılmasını təmin edən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi 8 iyun 2018-ci il tarixdə saat 10:00-dan başlayaraq 4 saat müddətində Bakı İdman Sarayında keçiriləcək.
Bu barədə Baş Prokurorluqdan bildiriblər.
İmtahanı müşahidə etmək üçün müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət ediləcəklər.
Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilib.
Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı 4 və 5 iyun 2018-ci il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.
İmtahanla bağlı ətraflı məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər