BolgeXeber.Com » Xəbərlər » 28 May Respublika gününün 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans-Hacıqabulda
28 May Respublika gününün 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans-Hacıqabulda
29-05-2018, 11:53
Oxunub: 3 606
25.05.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 28 May Respublika gününün 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi
Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu. Sonra tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi. Konfransı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov açdı. Dövlət Himni səsləndirildi və “Şərqdə ilk Demokratik Respublika” adlı sənədli filmə tamaşa edildi. Sonra Sabirabad regional Mədəniyyət idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov “Azərbaycanda milli dövlətçiliyin bərqərar olması”, N saylı Hərbi hissədə komandirin təlim-tərbiyyə işləri üzrə müavin palkovnik-leytenant Nəriman İsayev “Demokratik Respublikanın dövründə ordu quruculuğu və ərazi bütövlüyü uğrunda mübarizə”, rayon Arxiv idarəsinin müdiri Vüsal Nağıyev “Azərbaycan Demokratik Respublikası dövründə Maarif və Mədəni quruculuq”, Qubalıbaloğlan İƏD üzrə nümayəndəsi Mehman Nəzərov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial-iqtisadi vəziyyət”, Atbulaq kənd orta məktəbin ingilis dili müəllimi Əlizadə Aliyə “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti və onun süqutu” mövzularında çıxış etdilər. Tədbiri rayon İcra Hakimiyyəti başçısı Əhməd Muxtarov yekunlaşdırdı.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər