Bakıda müəllimlərin rüsvayçı nəticələri - ŞOK
30-05-2018, 16:32
Oxunub: 2 750
Müəllimlərin diaqnostik imtahanında iki müəllim qulaqcıqdan istifadə etməklə telefonla danışaraq, sualları cavablandırmağa cəhd edib.
Axar.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 29 mayda keçirdiyi orta məktəbdə çalışan müəllimlərin diaqnostik imtahanının nəticələrindən bəhs edən təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, başqa bir gənc xanım isə öz anasının əvəzinə imtahana girməyə cəhd göstərib:
“29 may tarixində keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib. 2 müəllim qulaqcıqdan istifadə etməklə qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub. Onlar Bakı şəhərində yerləşən eyni məktəbin müəllimləridir. Bundan əlavə, bir gənc xanım öz anasının əvəzinə imtahana girməyə cəhd edib. Səbəbini soruşduqda isə anasının gələ bilmədiyini deyib, onun yerinə “səlahiyyətli nümayəndə” kimi imtahana qatılmaq istədiyini bildirib. Təbii ki, həmin gənc xanımın “səlahiyyətli nümayəndə” qismində imtahanda iştirakına icazə verilməyib”.
Ekspert onu da qeyd edib ki, 20 min müəllim içərisində cəmi 1 müəllim maksimum nəticəni - 60 balı toplaya bilib:
“29 mayda keçirilən imtahanlar zamanı qeydə alınan ən aşağı nəticə 2 bal olub. 55 nəfər 10 baldan aşağı nəticə göstərib. İmtahan zamanı iştirakçıların öz aralarında söhbət etməsi, nəzarətçiləri təhqir etməsi, onlara rüşvət təklif etməsi hallarına tez-tez rast gəlinib. Bu onu göstərir ki, təhsil sistemində təsadüfi şəxslər hələ də orta məktəblərdə çalışır. Onlar müəllimdir, hər addımında nümunə olmalı olan şəxslər, çalışıb qənaətbəxş nəticə əldə etmək yerinə, 17 yaşlı abituriyent kimi qaydaları pozmaqla, hansısa formada və yolla nəyəsə nail olmaq istəyirlər.
Biz təhsilimizi, gələcəyimizi, inkişafımızı belə müəllimlərəmi etibar edirik, ümid edirik?”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər