Azərbaycanın ən populyar kurort şəhərinin iyrənc küçələri
31-05-2018, 16:47
Oxunub: 4 045
Şəhərin Asəf Zeynallı, Natəvan və Şirvani küçələrində dağıdılmış asfalt yenilənməyib, həmin uçuq-sökük vəziyyətdə qalmaqdadır
Xaçmazda yeni su-kanalizasiya xətti çəkilib qurtarıb, istifadəyə verilib. Bu münasibətlə Xaçmaza səfər edən Azərbaycan prezidenti İlham Əliyev yeni xəttin açılışını da edib. Dövlət başçısının açılış etməsindən sonra kanalizasiya xəttini çəkən bəzi təşkilatlarda arxagınçılıq yaranıb.
İstiPress-in şimal bürosu olaraq yenidən bu mövzuya qayıdırıq. Saytımızın bu il 14 mart tarixli sayında "Xaçmazlıların sevinci yarımçıq qaldı - 3 ay qabaq qazdılar, amma" sərlövhəli yazıda kanalizasiya çəklişi zamanı Xaçmazın bəzi küçələrinin bərbad duruma düşməsindən bəhs etmişdik. Vəziyyət heç dəyişməyib, yerində sayır.
Azərbaycanın ən populyar kurort şəhərinin iyrənc küçələri
Sadəcə olaraq, Asəf Zeynallı küçəsində sınıb qalmış ağır texnika yerindən götürülüb. Şəhərin Asəf Zeynallı, Natəvan və Şirvani küçələrində dağıdılmış asfalt yenilənməyib, həmin uçuq-sökük vəziyyətdə qalmaqdadır. Sakinlərin sözlərinə görə, bu küçələrdə qışda palçıqdan, indi də toz-torpaqdan hərəkət etmək olmur. Yay ayı başlayır, bu küçələrdə qopan toz dumanı yerində sayır.
Azərbaycanın ən populyar kurort şəhərinin iyrənc küçələri
Qeyd edək ki, Xaçmaza su-kanalizasiya xəttini həyata keçirən tikinti təşkilatının nümayəndəsi Təbriz Rəhimov yenə vəd verdi. Onun sözlərinə görə, həmin ərazidə 56 metr ərazidə yeraltı iş görülməlidir və bununçün Gəncədən aparat gəlməlidir. Küçələrin yenilənməsinin gecikməsini obyektiv səbəblə əlaqələndirən Təbriz Rəhimov tezliklə həmin aparatın Xaçmaza gətirilib problemin həll ediləcəyini dedi.
Təki olsun. Xaçmaz sakinləri daha 6 ay gözləməyəcəklər ki, görəsən?..

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər