BolgeXeber.Com » Xəbərlər » Bərdədə mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib-FOTO
Bərdədə mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib-FOTO
9-06-2018, 14:39
Oxunub: 2 795
Bərdə Regional Mədəniyyət İdarəsində mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.
07.06.2018-ci il tarixdə Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə təşkil olunub. Regional idarənin rəisi İlyas Hacıyevin rəhbərliyi ilə baş tutan müşavirədə uşaq musiqi və incəsənət məktəblərinin dövr ərzində naliyyətləri, qazanılan uğurlar və aşkar edilmiş nöqsanlar müzakirə olunub, çıxışlar dinlənilib. Müşavirədə regional idarə üzrə fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin direktorları, şəhər və rayon nümayəndəlikləri üzrə baş məsləhətçilər iştirak edib.
Çıxış edən regional idarənin rəisi İlyas Hacıyev uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyətlərinin təşkili istiqamətində qarşıda duran vəzifələr, beynəlxalq və yerli müsabiqə və festivallarda iştirak, təcrübə mübadiləsi apararaq məktəblər arasında qarşılıqlı əlaqələrin artırılması, müəssisələrin fəaliyyətinin günün tələblərinə uyğun təşkil olunması, mədəni-kütləvi tədbirlərin keçirilməsi və bunla bağlı olaraq kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması barədə geniş çıxış edib.
Müşavirədə həmçinin, uşaq musiqi və incəsənət məktəblərində hal-hazırda keçirilən imtahan proseslərinin təşkili, şagirdlərin musiqi biliyinin obyektiv qiymətləndirilməsi və şagirdlərin istedadlarının üzə çıxarılması istiqamətində Respublika və Beynəlxalq əhəmiyyətli müsabiqə və festivallarda iştirakının təmin edilməsi məsələsi vurğulanıb.
Sonra mövcud problemlər və təkliflər dinlənilib, qarşıya qoyulan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər