Sabah Azərbaycana yay gəlir
20-06-2018, 18:22
Oxunub: 3 196
Bu il yay fəsli Azərbaycana sabah Bakı vaxtı ilə saat 14:07-də gələcək
Bolgexeber.com-un Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətinə istinadən məlumatına görə bu il martın 20-də Bakı vaxtı ilə saat 20:15-dən ölkəmizə qədəm qoyan yaz fəsli iyunun 21-də saat 14:07-dən etibarən yay fəsli ilə əvəz olunacaq.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib ki, həmin vaxt yay Günəş qarşıdurması anı adlanır.
Alim bildirib ki, yay fəslinin gəldiyi 21 iyun tarixində Şimal yarımkürəsində ən uzun gündüz (14 saat 43 dəqiqə) və ən qısa gecə yaşanacaq. Cənub yarımkürəsində isə bu gün, əksinə olaraq ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq. İyunun 22-dən etibarən isə gündüzlər qısalmağa, gecələr isə uzanmağa başlayacaq. Bu proses 21 sentyabr tarixinədək davam edəcək.
Qeyd edək ki, bu il Azərbaycanda payız fəsli sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:54-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) başlanacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər