Füzuli rayonunda taxıl biçini mütəşəkkil keçirilir-FOTO
25-06-2018, 10:31
Oxunub: 4 815
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada ərzaq bolluğunun yaradılması, əhalinin mühüm strateji məhsul olan taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsini təmin etmək barədə verdiyi tapşırıq və göstərişləri cəhbə bölgəsində yerləşən Füzuli rayonunda qarşıda duran ən vacib və strateji əhəmiyyətə malik məsələlərdəndir
Aqrar rayon olan Füzulidə insanlar əsasən taxılçılıq, pambıq, barama, şəkər çuğunduru və heyvandarlıqla məşğul olurlar.
Cari təsərrfat ilində rayonda ümumilikdə 36419 hektar sahədə dənli-taxıl bitkisi əkilmişdir ki, bunun da 28894 hektarı buğda, 8025 hektarı isə arpadır. Hazırda rayonda taxıl biçini davam edir. Bu günə kimi ümumilikdə 21500 ha sahədə biçin aparlımışdır. Rayon arpa biçini başa çatmışdır. Arpa əkilmiş sahələrdə orta məhsuldarlıq 29.5 sentner, buğda əkilmiş sahələrdə isə 31.2 sentnerdir.
Rayonda taxıl biçininin iyulun 10-a kimi tam başa çatdırılması nəzərdə tutulur. Taxıl biçinin operativ, itkisiz və kompleks şəkildə həyata keçirilməsi üçün rayon Qərərgahı fəaliyyət göstərir.
Artıq 6 ildir respublika üzrə 100 min tondan artıq məhsul istehsal edən Füzuli rayonunda bu il də bol məhsul istehsal olunacağı gözlənilir.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər