“”İrşad Electronics”dən mobil telefon almayın” – Şirkətə qarşı ciddi İDDİA
27-06-2018, 16:00
Oxunub: 4 067
“İrşad Electronics” şirkəti fırıldaqçılıqda ittiham edilir.
Minval.info xəbər verir ki, Bakı sakini Nərmin Rüstəmli şirkətdə satılan mobil telefonların hamısının deffektli olduğunu iddia edir. Belə ki, şikayətçi ailə üvzünün oradan aldığı mobil telefonda ciddi problem yarandığını, amma “İrşad”ın onlara köməklik göstərmədiyini söyləyir.
“Bacım “İrşad”dan “Xiaomi” “Mi 1” model mobil telefon aldı. Apardıq qaytarmağa, dedilər, guya zədəsi var. Amma 100 faiz heç bir zədə olmayıb. Satıcılar belə bunu sübut edən hər hansı bir iz tapmadı. Nəysə, deməyim odur ki, buradan telefon alıb əsəblərinizi pozmayın. Əvvəllər “İrşad”dan “Qızıl” zəmanətlə çox telefon almışıq. İndi bilirlər ki, bu qaydada satsalar alınan mallar geri qaytarılacaq, ona görə zəmanətlə verilmir” – Nərmin xanım bildirir.
Şikayətçinin ittihamları ilə əlaqədar “İrşad Electronics” şirkətindən minval.info-ya açıqlama verilib:
“Bizdə “Qızıl” zəmanət 3-4 il bundan əvvəl verilirdi. Bütün telefonlar əla ola bilməz ki, deffektin hər bir məhsulda meydana çıxma ehtimalı var. Başqa şirkətdə satılan mobil telefonlarda da problemin olmağı istisna deyil. Zavod istehsalında nasazlıq varsa, əlbəttə, müştəriyə köməklik göstərilir. Bəzən bu proses uzun çəkdiyindən narazılıq yaranır. Müştəri malın deffektli satıldığını söyləməyə başlayır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər