BolgeXeber.Com » Xəbərlər » Nazir müavini: Müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər

Nazir müavini: Müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər

28-06-2018, 10:28
Oxunub: 2 145 Nazir müavini: Müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlərAzərbaycanda müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər. Bunu özəl olaraq Trend-ə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib

S.Ələkbərov bildirib ki, müğənnilərin vergi ödəməsi məsələsi həmişə gündəmdədir: "Onlar da digər vergi ödəyiciləri kimi vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox. Bu sahədə həmişə narazılıqlar olur".