Axundov adına Milli Kitabxanada kondisioner problemi...
29-06-2018, 12:14
Oxunub: 3 229
Artıq bir müddətdir ki, M.F.Axundov adına Milli Kitabxananın oxucuları redaksiyamıza müraciət edərək şikayətlənir
Şikayətçilərin gileyi isə kitabxananın elektron kitabxana şöbəsində kondisionerin olmamasıdır.
Oxucular bildirir ki, havaların kəskin istiləşdiyi bir vaxtda kitabxanada kondisionerin olmaması onlar üçün narahatlıq yaradır. Xüsusən də sağlamlığında problemlər olan oxucular kitabxananın xidmətindən istifadə etməyə peşiman olurlar.
Məsələ ilə bağlı musavat.com-un əməkdaşı adı çəkilən kitabxana ilə əlaqə saxlayıb. Kitabxananın qəbul bölümündə çalışan əməkdaşı həmin şöbədə kondisioner problemi olduğunu təsdiqləyib:
“Bir neçə gün əvvəl usta gəlmişdi ki, kondisioneri təmir etsin. Bildiyim qədər hazırda kondisioner işləməlidir”.
Lakin oxucuların iddialarına görə bu günə qədər kitabxananın elektron şöbəsində ümumiyyətlə kondisioner olmayıb.
Kitabxananın direktor müavini Mələk Hacıyeva isə məsələ ilə bağlı açıqlamasında qeyd etdi ki, qeyd olunan problem onun səlahiyyətlərinə aid olmadığı üçün cavab vermək iqtidarında deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər