“Pul yemək lazım idi, ona görə yolu sökdülər” - Deputatdan İTTİHAM
29-06-2018, 16:05
Oxunub: 2 953
Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Bakı-Sumqayıt yolunda təmirə görə yaranmış tıxacdan danışıb
Bolgexeber.com-un Modern.az-a istinadən xəbərinə görə, deputat bildirib ki, minlərlə insan tıxacdan əziyyət çəkir, alternativ yollar da yoxdur.
“İstanbulda avtobus yolları ayrıdır. Bizdə isə marşrut avtobusları başqa avtomobillərlə eyni yolu gedirlər”-deyə deputat bildirib.
O qeyd edib ki, Bakıda metro stansiyalarının sayı çoxalmalıdır.
“Metro xətləri çəkilməlidir. Belə olmasa, Bakıda bir ildən sonra fəlakət yaşanacaq”.
Deputat Fəzail Ağamalı da yol tikintisi ilə bağlı yaranmış problemlərdən danışıb. O, dolayısı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini ittiham edib.
“3 gündür ki, 20 Yanvar dairəsindən Masazıra qədər dəhşətli tıxac yaşanır. Çıxıb bir jurnalist də deyir ki, guya Bakı-Sumqayıt yolunda çatlar yaranıb. Heç elə şey yoxdur. Tam məsuliyyətimlə deyirəm ki, orada heç bir çat yox idi. Sadəcə pul yemək lazım idi, ona görə yolu sökdülər. Mən bu yaxınlarda Naxçıvanda oldum. Gedib oradan nümunə götürsünlər, yollar ən müasir standartlara cavab verir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, onun özü də həmin istiqamətdəki Sulutəpə qəsəbəsində yaşayır.
“Mən özüm də o yolu gedib-gəlirəm, tıxacdan mən də əziyyət çəkirəm. Amma yol genişləndirilməlidir. Yolun genişləndirilməsi üçünsə yolkənarı evlər sökülməlidir. Bu istiqamətdə işlər gedir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər