Bakıda fürsətdən istifadə edib qiyməti artıran taksi şirkətləri
4-07-2018, 15:24
Oxunub: 3 669
Ölkə ərazisində elektrik enerjisinin təminatından yaranan problemi bəzi işbazlar fürsətə çevirib.
Məlumdur ki, hazırda Bakı metrosu fəaliyyət göstərmir və sakinlər digər ictimai nəqliyyat vasitələrinə üz tuturlar. “BakuBus”lar sərnişinləri ödənişsiz daşıyır. Həmçinin taksilərə də tələbat çoxdur. Bir çox taksi şirkəti isə yaranmış vəziyyətdən istifadə edib qiymətləri qaldırıb.
Sosial şəbəkə istifadəçiləri yazırlar ki, “Taxify” və “Uber” bütün istiqamətlərdə qiymətləri 2-3 dəfə artırıb. Belə ki, adi günlərdə 5 manata təklif edilən xidmət bu gün 10 manatdan yuxarı qiymətə olub.
Fürsətdən istifadə edən “189” taksi xidməti də qiymətləriu artırıb. Bu barədə sosial şəbəkə istifadəçiləri yazıblar.
İddialarla bağlı taksi şirkətləri ilə əlaqə saxlamağa çalışdıq. “Taxify” Bakı ofisini zənglərimizi qəbul etmədi.
Təbii ki, qiymət artımı etməyən taksi şirkətləri də var, ancaq onlara tələb böyük olduğu üçün taksi tapmaq çətindir, hətta operatorlarla əlaqə saxlamaq belə mümkün olmur.
Hər bir halda belə fövqəladə vəziyyətdə əhaliyə düzgün xidmət göstərən şirkətlər gələcək üçün də yeni müştərilər qazandılar. Çətin durumdan istifadə edib cibini doldurmağa çalışanlar isə yüzlərlə müştəri itirdilər.
Minval.info
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər