Bakı meriyası ləğv olunur? - AÇIQLAMA
10-07-2018, 11:32
Oxunub: 2 889
Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub
Hazırda meriyada başçı və bir müavin postu boşdur. Qanunvericiliyə uyğun olaraq, başçı təyin olunanadək mer vəzifəsinin səlahiyyətilərini müavin Fidumə Hüseynova icra edir.
Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan F.Hüseynova xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. Bakı merinin hələ də təyin edilməməsi Bakı Şəhəri İcra Hakimiyyətinin ləğv edilə biləcəyi ehtimalını sualını doğurur.
Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Fəzail Ağamalı bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin ləğvi gözlənilən deyil:
"Bakı Şəhər İcra Hakimiyyətinə başçının təyin edilməsi səlahiyyəti cənab prezidentimizə məxsusdur. Zamanı gələndə cənab prezidentimiz layiq olanı bu vəzifəyə təyin edəcək. Bu günə kimi əgər təyin edilməyibsə, bu, o deməkdir ki, dövlət başçımızın bununla bağlı konkret fikirləri var. Bu vəzifəyə kimin ediləcəyi ilə fikir söyləmək çətindir".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər