Bu rayonların şöbə müdirləri işdən qovuldu – SİYAHI
12-07-2018, 18:31
Oxunub: 2 628
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son iki ayda aparılan araşdırmalar zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ciddi nöqsanlara yol verən 11 rayon şöbəsinin rəhbərinin işdən azad edildiyini bildirib
Nazirliyin bununla bağlı yaydığı məlumatda həmin rayon şöbələrinin adları açıqlanmayıb.
Bəs onlar hansılardır? Nazirliyin şöbə müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olaraq, həmin rayonların adlarını açıqlayıb.
Həmin siyahını təqdim edirik:
1. Bakı şəhəri Yasamal rayon şöbəsinin müdiri;
2. Bakı şəhəri Sabunçu rayon şöbəsinin müdiri;
3. Bakı şəhəri Suraxanı rayon şöbəsinin müdiri;
4. Bakı şəhəri Xətai rayon şöbəsinin müdir müavini;
5. Xaçmaz rayon şöbəsinin müdiri;
6. Quba rayon şöbəsinin müdiri;
7. Şirvan rayon şöbəsinin müdir müavini (şöbə müdiri vəzifəsini icra edən);
8. Lənkəran rayon şöbəsinin müdiri;
9. Cəlilabad rayon şöbəsinin müdiri;
10. Salyan rayon şöbəsinin müdiri;
11. Şamaxı rayon şöbəsinin müdiri.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər