Bakıda lift qəzası ilə əlaqədar cinayət işi açılıb
14-07-2018, 16:52
Oxunub: 4 688
İyulun 13-də paytaxtın Xətai rayonu, X.Məmmədov küçəsi, 18 saylı ünvanda 16 mərtəbəli binanın liftinin 1-ci mərtəbəyə düşməsi nəticəsində sərnişinlərin xəsarət alması faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb
Bakı şəhər prokurorluğunun yaydığı məlumata görə, cinayət işi üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilb ki, binanın 3-cü girişində quraşdırılmış sərnişin lifti aşağı istiqamətdə hərəkətdə olarkən 5-ci mərtəbədən başlayaraq surətlə 1-ci mərtəbəyə düşüb.
Hadisə nəticəsində ölüm və ciddi xəsarət alma halları baş verməyib.
Hazırda iş üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər