BolgeXeber.Com » Xəbərlər » Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

21-07-2018, 09:22
Oxunub: 1 784 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıbÖtən gün Respublikanın daxili işlər orqanları tərəfindən 114 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıbı.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətinaçılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 47 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.