İcra başçısına cinayət işi açılır - İDDİA
21-07-2018, 10:26
Oxunub: 2 525
Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılovun fəaliyyəti araşdırılacaq
Bu barədə DİA.AZ-a hökumətdəki mənbə məlumt verib. Xəbəri verən qaynaq iddia edir ki, bu günlərdə sözügedən RİH-ə Maliyyə Nazirliyi və Hesablama Palatasının ekspertlərinin göndərilməsi nəzərdə tutulub.
Qaynaq iddia edir ki, ekspertlər büdcə vəsaitlərinin xərclənməsi, habelə rayona abadlıq-quruculuq işləri üçün ayrılan pulların xərclənməsini təftiş edəcək. Mənbənin dia.az-a söylədikləri:
"Təbii ki, istənilən rayon rəhbərinin maliyyə fəaliyyətinin araşdırlması onun üçün yaxşı nələrisə vəd etmir. Bu həm də o deməkdir ki, artıq "qələmi qırılıb". Amma burada bir məqam daha çox diqqətçəkəndir. Süleyman Mikayılov himayə altında olan icra başçısıdır və əgər onun barəsində genişmiqyaslı maliyyə təftişi qərarı verilirsə, deməli, himayədarın da gücü yetərsizdir. Süleyman Mikayılova gəlincə isə, onun vəziyyəti qəlizdir. Şünki söhbət böyük yeyintidən gedir və burada başçıya cinayət işinin açılması istisna deyil".
Dia.az xatırladır ki, son günlər Süleyman Mikayılovun adı Avropadakı xəyanətkar mühacir şəbəkəsinə başçılıq edən "Quska" ləqəbli Hüseyn Abdullayevlə də qoşa çəkilməkdədir və onun "Quska"lı keçmişi gündəmin prioritet mövzusuna çevrilib. Qeyd edək ki, bu yöndə redaksiyamızın ilginc məlumatları da var ki, həftə ərzində bu barədə də sizləri tanış edəcəyik. Bizi izləməkdə davam edin.
Qarşı tərəfi də dinləməyə hazırıq...
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər